Tokayev Qazaxıstan prezidenti vəzifəsinin icrasına başlayıb

SİYASƏT

26 Noyabr 2022 17:52

Oxunma sayi: 359
Tokayev Qazaxıstan prezidenti vəzifəsinin icrasına başlayıb

Azmedia.Az RİA Novosti-a istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib, o, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Mərasim Milli İstiqlal Sarayında keçirilib. Dövlət kanallarında və sosial şəbəkələrdə yayımlanıb.

“Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəyimə, Qazaxıstanın konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarına təminat verəcəyimə, Qazaxıstan Prezidentinin mənə həvalə etdiyi yüksək vəzifələri vicdanla yerinə yetirəcəyimə təntənəli surətdə and içirəm”, - deyə Tokayev bildirib.

Mərasimdə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin də iştirak etdiyi bildirilir. Nazirlər, ölkə parlamentinin deputatları, xarici diplomatlar və ictimai xadimlər də keçirilən and içmədə iştirak ediblər.

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!