Tokayevdən MDB ölkələri üçün TƏKLİF

SİYASƏT

26 Dekabr 2022 19:31

Oxunma sayi: 425
Tokayevdən MDB ölkələri üçün TƏKLİF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılması məsələsi üzərində işləməyi təklif edib.

Azmedia.Az TASS-a istinadla xəbər verir ki, bu barədə o, bu gün Sankt-Peterbuqrda keçirilən MDB-nin qeyri-rəsmi sammitində bildirib.

"Diqqəti ticarət üçün əlverişli şəraitin yaradılmasına cəlb etmək istərdim. Hesab edirik ki, biz tarif və qeyri-tarif maneələrinin aradan qaldırılması, proteksionizmin qarşısının alınması üzərində əsaslı şəkildə işləməliyik. Biz ərzaq təhlükəsizliyi məsələlərində əməkdaşlıq etməliyik", - Tokayev bildirib. 

O, qeyd edib ki, 2023-cü ildə Astanada keçiriləcək MDB ölkələrinin nazirlər konfransı bu sahədə ümumi yanaşmaların axtarışına həsr olunacaq.

"MDB məkanında nəqliyyat və logistika layihələrinin səmərəliliyini artırmaq üçün əməkdaşlığın yeni mexanizmləri və formatlarına ehtiyac var. Və burada Qazaxıstan-Türkmənistan-İran dəmir yolunun yerləşdiyi mühüm nəqliyyat arteriyası olan Şimal-Cənub dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Biz bilirik ki, Rusiya Federasiyası bu layihənin həyata keçirilməsinə əməli maraq göstərib, təbii ki, alqışlanır”, - Qazaxıstan Prezidenti vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!