“Traktor”dan Azərbaycan səfirliyinə edilən hücumla bağlı paylaşım FOTO

SİYASƏT

27 Yanvar 2023 16:00

Oxunma sayi: 490
“Traktor”dan Azərbaycan səfirliyinə edilən hücumla bağlı paylaşım   FOTO

“Traktor” klubu Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı paylaşım edib.

Təbriz təmsilçisinin paylaşımında terror aktı qınanılıb:

“Qardaş acısını qardaş çəkər. Tehrandakı Azərbaycan səfirliyinə olan hücumu qınayırıq. Terrora son!”

Qeyd edək ki, bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!