Türkiyə Finlandiya və İsveçlə NATO ya üzvlük məsələsini müzakirə edəcək

SİYASƏT

28 Noyabr 2022 17:57

Oxunma sayi: 479
Türkiyə  Finlandiya və İsveçlə  NATO   ya üzvlük məsələsini müzakirə edəcək

Türkiyə noyabrın 29-da Finlandiya və İsveçlə NATO-ya üzvlük məsələsini müzakirə edəcək.

Azmedia.Az xəbər verir ki, Türkiyə, Finlandiya və İsveçin xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Pekka Haavisto və Tobias Billström noyabrın 29-da Buxarestdə Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi ilə bağlı görüş keçirəcəklər. Bu barədə Mövlud Çavuşoğlu məlumat verib.

“Sabah Buxarestdə İsveç və Finlandiyanın xarici işlər nazirləri ilə üçtərəfli görüş keçiriləcək. Proses müsbət istiqamətdə gedir, lakin hələ də atılacaq addımlar var. Finlandiya ilə problemlər o qədər də böyük deyil. İsveçlə daha çox problemimiz var. İsveç daha çox addım atmalı olan ölkədir”, - deyə Mövlud Çavuşoğlu jurnalistlərə bildirib (NTV-yə istinadən).

May ayında Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etmişdilər. Yeni ölkələrin NATO-ya daxil olması üçün alyansın bütün üzvləri müvafiq protokolları ratifikasiya etməlidilər. Hələlik bunu yalnız Türkiyə və Macarıstan etməmişdir. Eyni zamanda, Macarıstan artıq alyansın genişləndirilməsinə razılıq verməyə hazır olduğunu bəyan edib.

Türkiyə hələ yazda elan etdi ki, İsveç və Finlandiya PKK üzvlərini ona təhvil verdikdən sonra sənədləri ratifikasiya edəcəklər. Bloomberg-in məlumatına görə, Türkiyə ilin sonuna qədər İsveçin NATO-ya üzvlük ərizəsini imzalamaycaq. Ankara bəyan edib ki, Finlandiya və İsveç hələlik terrorda əli olan bir nəfəri də Türkiyəyə təhvil verməyib.

 

Əliyeva Ülkər

Azmedia.Az

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!