Türkiyə İsrailə səfir təyin edir

SİYASƏT

17 Avqust 2022 16:24

Oxunma sayi: 219
Türkiyə İsrailə səfir təyin edir

Türkiyə və İsrail qarşılıqlı olaraq səfir təyin etmək qərarına gəliblər.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsraillə münasibətlərin normallaşması çərçivəsində Təl-Əvivə səfir təyin ediləcəyini açıqlayıb:

“Proses Hersoqun Türkiyə səfəri və mənim İsrailə səfərimlə davam etdi. Aviasiya sahəsində əməkdaşlıq müqaviləsi imzaladıq. Normallaşma addımları arasında səfirlərin təyinatı da var idi. Bu çalışmalar nəticəsində İsraildən müsbət addım gəldi. Təl-Əvivə səfir təyin etmək qərarına gəldik. Qarşımızda fərman da var”. 

Mənbə: Haber Global

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!