Türkiyə KİV: “Zəngəzur dəhlizi addım addım reallaşır”

SİYASƏT

07 Mart 2023 09:01

Oxunma sayi: 990
Türkiyə KİV:  “Zəngəzur dəhlizi addım   addım reallaşır”

Azərbaycan avtomobil və dəmir yolu daşımalarının həyata keçiriləcəyi Zəngəzur dəhlizinin reallaşdırılması üçün öz ərazisində başladığı layihələri intensiv şəkildə davam etdirir.

Bu barədə “TRT Haber”in hazırladığı məqalədə qeyd olunub.

Bildirilir ki, Azərbaycan Zəngəzur dəhlizi üçün çox vacib olan magistral yol işlərinin əksəriyyətini başa çatdırıb. Horadiz, Cəbrayıl, Zəngilan və Ağbənd arasındakı avtomobil yolunun artıq istifadəyə verilməsi üçün günlər sayılır.

Mütəxəssislər deyirlər ki, sözügedən avtomobil yolu Zəngəzur dəhlizi üçün həyati əhəmiyyət kəsb edir.

Həmçinin qeyd edilir ki, Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizi bölgənin iqtisadi və nəqliyyat əlaqələrində maneələri aradan qaldıracaq.

Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya xətləri təmin olunacaq. Həmçinin Azərbaycan vasitəsilə Türkiyə ilə Rusiya arasında quru və dəmir yolu inşa ediləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!