Türkiyə lideri Ermənistana çağırış etdi

SİYASƏT

24 Dekabr 2022 17:44

Oxunma sayi: 497
Türkiyə lideri Ermənistana çağırış etdi

“Qarabağı işğaldan azad edən azərbaycanlı qardaşlarımızla bu regionda yeni mərhələyə başlamışıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda yerli sakinlərlə görüşü zamanı deyib.

O bildirib ki, Ermənistanın sülh, təhlükəsizlik və sabitlik istiqamətində atacağı addımlarla bu proses daha da sürətlənəcək.

Ərdoğan söyləyib ki, Türkiyə bütün regionlarla əlaqələri davam etdirir:

“Çinlə Ukrayna arasında biz varıq. Həmçinin “Taxıl dəhlizi”ni də biz açdıq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!