Türkiyə Ukraynanın bərpasında iştirak edəcək Memorandum imzalandı

SİYASƏT

18 Avqust 2022 21:12

Oxunma sayi: 219
Türkiyə Ukraynanın bərpasında iştirak edəcək   Memorandum imzalandı

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş avqustun 18-də Lvovda infrastrukturun bərpasına dair anlaşma memorandumu imzalayıblar.

Azmedia.Az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Türkiyəli tərəfdaşlara Rusiya tərəfindən dağıdılmış infrastrukturun bərpası ilə bağlı əməkdaşlıq etmək niyyətlərinə görə minnətdarıq. Buna Türkiyə biznesinin yolların və körpülərin tikintisində iştirakının böyük təcrübəsi kömək edir, xüsusən də bu, bizim meqalayihələrimizə - Zaporojye və Kremençuq körpülərinə aiddir. Biz türk biznesini etibarlı tərəfdaş kimi tanıyırıq, ona görə də tezliklə birgə bərpanın konkret praktiki nəticələrinə nail olacağımızı gözləyirik”, - deyə infrastruktur naziri Aleksandr Kubrakov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bərpa məsələləri üzrə birgə işçi qrupu yaradılacaq, türk sərmayəsinin cəlb edilməsi mexanizmləri işlənəcək, həmçinin əməkdaşlıq üçün konkret layihələr hazırlanacaq.

Nəzərdə tutulur ki, Türkiyənin biznes və dövlət strukturları konkret bərpa layihələri hazırlayacaq, həmçinin konsaltinq və texniki yardım göstərəcək

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!