Türkiyə və Misir 10 ildən sonra diplomatik münasibətləri tam bərpa etdi

SİYASƏT

04 İyul 2023 13:38

Oxunma sayi: 516
Türkiyə və Misir 10 ildən sonra diplomatik münasibətləri tam bərpa etdi

Türkiyə və Misir 10 ildən sonra diplomatik münasibətləri tam bərpa ediblər.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Türkiyə Respublikası və Misir Ərəb Respublikası iki ölkə arasında diplomatik əlaqələrin səfirlər səviyyəsinə yüksəldildiyini elan edir. Artıq Türkiyə Qahirədə fövqəladə və səlahiyyətli səfir vəzifəsinə səfir Salih Mutlu Şenin namizədliyini təklif edib”.

Öz növbəsində Misir Xarici İşlər Nazirliyi Türkiyə ilə diplomatik əlaqələrin səfirlər səviyyəsinə yüksəldilməsi ilə bağlı məlumatı təsdiqləyib.

Məlumatda qeyd olunur ki, Misir Əmr əl-Hamamini Türkiyəyə səfir təyin edib.

“Bu addım iki ölkə arasında diplomatik münasibətlərin bərpasına yönəlib” – Misir hökumətinin məlumatında qeyd olunur.

Mənbə: Anadolu

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!