Türkiyədə Azərbaycan hərbçilərinin qarşılanma mərasimi keçirilib FOTO

SİYASƏT

01 May 2023 00:47

Oxunma sayi: 531
Türkiyədə Azərbaycan hərbçilərinin qarşılanma mərasimi keçirilib   FOTO

Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak üçün bu ölkəyə səfər etmiş Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusunun qarşılanma mərasimi keçirilib.

Azmedia.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Qardaşlarımız gəlib, xoş gəlib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 14-cü Mexanikləşdirilmiş Atıcı Briqadanın komandanlığımız tərəfindən qarşılanma mərasimi keçirilib. Mərasimdə bayrağın təhvil-təslim mərasimi də keçirilib", - nazirliyin məlumatında bildirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!