Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı

DÜNYA

25 Aprel 2024 12:00

Oxunma sayi: 146
Türkiyədə FETÖ əməliyyatı -  11 nəfər saxlanıldı

Türkiyənin İzmir və Aydın şəhərlərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatlar keçirilib.

Azmedia.Az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

İzmir Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan FETÖ araşdırmaları çərçivəsində 12 şübhəli barəsində həbs qərarı çıxarılıb.

Mərkəzi İzmirin Dikili mahalı və Aydın şəhərində müəyyən edilən ünvanlarda təşkil edilən əməliyyatda 11 şübhəli tutulub.

Yaşayış yeri müəyyən edilə bilməyən 1 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!