Türkiyədə FHN in mobil səhra hospitalında 215 nəfərə tibbi xidmət göstərilib

SİYASƏT

13 Fevral 2023 15:56

Oxunma sayi: 758
Türkiyədə FHN   in mobil səhra hospitalında 215 nəfərə tibbi xidmət göstərilib

Türkiyədə Fövqəladə Hallar Nazirliyi (FHN) mobil səhra hospitalında 215 nəfərə tibbi xidmət göstərilib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.

Belə ki, mobil səhra hospitalında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.

     
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!