Türkiyədə keçirilən “Qış təlimi 2023” beynəlxalq təlimi başa çatdı

SİYASƏT

03 Fevral 2023 01:27

Oxunma sayi: 484
Türkiyədə keçirilən “Qış təlimi   2023” beynəlxalq təlimi başa çatdı

Türkiyə Respublikasının Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının iştirakı ilə keçirilən “Qış təlimi-2023” beynəlxalq təlimi başa çatıb.

Məlumata görə, təlimdə Azərbaycanla yanaşı iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetirirlər.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları beynəlxalq təlimdə ölkəmizi layiqincə təmsil ediblər.

Daha ətraflı süjetdə:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!