Türkiyədə zəlzələdən zərər çəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib

SİYASƏT

08 Fevral 2023 10:45

Oxunma sayi: 1782
Türkiyədə zəlzələdən zərər çəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib

Türkiyədə güclü zəlzələdən zərər çəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib.

Xəbərə görə, bu gündən yardımlar Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanır.

“Yardımla bağlı Babək prospektində yerləşən “Doğtaş” mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması üçün Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksinə dəyişilib”, - Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Vətəndaşlar yardımlarını bu ünvana gətirə bilərlər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!