Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım etmək istəyənlərin NƏZƏRİNƏ: Səfirlik çağırış etdi FOTO

SİYASƏT

07 Fevral 2023 11:30

Oxunma sayi: 708
Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım etmək istəyənlərin  NƏZƏRİNƏ: Səfirlik çağırış etdi   FOTO

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.

Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!