Türkiyəli general polkovnik Zakir Həsənovun müşaviri oldu

SİYASƏT

10 Dekabr 2022 14:42

Oxunma sayi: 513
Türkiyəli general   polkovnik Zakir Həsənovun müşaviri oldu

Türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyinat alıb.

Bu barədə 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası ilə bağlı yayılan rəsmi məlumata istinad edirik.

Bəxtiyar Ersay iclasda çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.

Qeyd edək ki, bu zamana qədər Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri olması ilə bağlı məlumat yayımlanmamışdı.

Bildirək ki, Bəxtiyar Ersay Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanıdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!