Türkiyəyə dəstək Mingəçevirdə günbəgün daha da artır VİDEO

SİYASƏT

09 Fevral 2023 18:46

Oxunma sayi: 582
Türkiyəyə dəstək Mingəçevirdə günbəgün daha da artır   VİDEO

Türkiyəyə dəstək Mingəçevirdə günbəgün daha da artır. 

Azmedia.Az-ın bölgə bürosunun məlumatına görə, dünəndən başlayan aksiya yeni hüdudlara uzanır.

Mingəçevir Dövlət Dram Teatrının kollektivi geniş tərkibdə bir araya gələrək sükutla zəlzələ qurbanlarının xatirəsini anıb. Daha sonra yekdilliklə zəlzələdən zərərçəkənlərə teatrın daxilində bütün vətəndaşların üzünə açıq olan yardım qərərgahı yaradılmasına qərar verilib. Az müddət sonra toplanan ərzaq, geyim və yataq dəstlərindən ibarət ilk yardım yükü şəhərin ümumi göndəriş nöqtəsinə daşınıb. Aksiyaya Regional Mədəniyyət İdarəsinin Mingəçevir nümayəndəliyi,  Üzeyir Hacıbəyov adına Musiqi Məktəbinin kollektivi və digər qurumlar fəal dəstək verib. Qardaş ölkənin acısına, ənənəsinə sadiq qalaraq dərhal həmrəylik  göstərən kollektivlərdən biri də bölgənin ən böyük tikinti materiallarının satışı ilə məşğul olan şirkət kollektivi olub. Qarabağ müharibəsi veteranı Vüqar Qədimovun rəhbərlik etdiyi təşkilat ən zəruri  ərzaq, geyim, yataq dəstləri, istilik sobaları və digər texniki məişət avadanlıqlarından ibarət humanitar yükünü Türkiyəyə göndərib. Qurum rəsmilərinin məlumatına görə, onlar bundan sonra da ehtiyac duyulduğu qədər qardaşlarından yardım və dəstəyinin əsirgəməyəcək.

 

 

Ehtiram Muradov

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!