Türkiyəyə ilk yardım təklifi Azərbaycandan gəldi

SİYASƏT

06 Fevral 2023 10:26

Oxunma sayi: 807
Türkiyəyə ilk yardım təklifi Azərbaycandan gəldi

Bu gün səhər saatlarında baş verən güclü zəlzələlər nəticəsində dağıntılar altında qalanların xilas edilməsi üçün Türkiyəyə ilk yardım qardaş ölkə - Azərbaycan tərəfindən göndərilir.

Azmedia.Az  xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə FHN-in ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasedici qüvvəsi yaxın saatlarda xüsusi təyyarə ilə Adana şəhərinə yola düşəcək.

Ən qısa zamanda Azərbaycan tərəfindən ikinci təyyarənin göndərilməsi də nəzərdə tutulur. 

Yardıma çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələr daxildir. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!