Ukrayna 17,4 milyardlıq bərpa planını təqdim etdi

SİYASƏT

05 İyul 2022 17:46

Oxunma sayi: 177
Ukrayna 17,4 milyardlıq bərpa planını təqdim etdi

Ukrayna Prezidentinin ofisi ölkənin sosial infrastrukturunun operativ şəkildə bərpası üçün plan hazırlayıb.

Azmedia.Az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Zelenskinin Ofisinin rəhbərinin müavini Kirill Timoşenko açıqlayıb. 

Onun sözlərinə görə, sözügedən plan “Fast Recovery” adlanır və onun həyata keçirilməsi üçün 17,4 milyard dollar tələb olunur. 

Ukrayna “Fast Recovery” planını İsveçrənin Luqano şəhərində keçirilən konfransda təqdim edib. Bildirilir ki, burada söhbət zərər görümüş ən zəruri infrastrukturun bərpasından gedir.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!