Ukrayna daha şiddətli müharibənin astanasında VİDEO

SİYASƏT

30 Yanvar 2023 15:44

Oxunma sayi: 575
Ukrayna daha şiddətli müharibənin astanasında   VİDEO

Ukraynada müharibə davam edir.

Azmedia.Az  xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya ordusu ötən gün Ukraynanın cəbhədən kənar şəhərlərinə də raket zərbləri endirib.

“Xersona ard-arda edilən raket hücumları nəticəsində 6 mülki şəxsin həlak olduğu, xeyli yaşayış ərazisinin, eləcə də uşaq bağçası və xəstəxananın dağıldığı bildirilir”, - deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, Soledarın işğalından sonra Donetskdə vəziyyət gərginləşib. Ukraynanın əks-hücumunun ləngiməsinə səbəb kimi isə gözlənilən hərbi yardımın gec gəlib çatması göstərilir. 

O da bildirilib ki, ABŞ-nin vəd edilən tankların verilməsini ləngitməsi Ukrayna əhalisində çaşqınlıq yaradıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!