Ukrayna ordusu Baxmut istiqamətində irəliləyib

SİYASƏT

26 İyun 2023 10:33

Oxunma sayi: 388
Ukrayna ordusu Baxmut istiqamətində irəliləyib

Ukrayna hərbçiləri Baxmut istiqamətində 600-1000metr irəliləyiblər.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergey Çerevatı bəyan edib.

“Baxmut istiqamətində müdafiə qüvvələri təşəbbüsü əlində saxlayır, hücum əməliyyatlarını davam etdirir, düşməni geri atır. Gün ərzində Baxmut ətrafında cənub və şimal cinahlarda 600 metrdən 1000 metrədək məsafə qət edilib”, - Çerevatı izah edib.

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri düşmənin çoxsaylı texnika və canlı qüvvəsini məhv edib.

Mənbə: rbc.ua

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!