Ukrayna səfiri: “Azərbaycan nümayəndəliyinə hücum qəbuledilməz və həyasızcasına atılan bir addımdır” FOTO

SİYASƏT

27 Yanvar 2023 16:15

Oxunma sayi: 496
Ukrayna səfiri:  “Azərbaycan nümayəndəliyinə hücum qəbuledilməz və həyasızcasına atılan bir addımdır”   FOTO

“Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik xidməti əməkdaşının yaralanması ilə nəticələnən hücumu Ukrayna qətiyyətlə pisləyir”.

Məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən bildirilib.

Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski öz növbəsində Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumların sistematik xarakter aldığını, oxşar hadisənin də bu gün Tehranda baş verdiyini təəssüflə bildirib, belə hadisələrin dərin narahatlıq doğuran, qəbuledilməz və həyasızcasına atılan bir addım olduğunu vurğulayıb.

“Azərbaycan səfirliyinə hücum lazım şəkildə araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir. Cəzasızlıq böyük cinayətlərə səbəb olur!” - deyə diplomat bildirib.

Səfirlikdən həlak olan şəxsin yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralıların tezliklə şəfa tapmaları arzulanıb.

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!