Ukrayna Slovakiyadan vəd edilmiş MiQ 29

SİYASƏT

17 Aprel 2023 13:36

Oxunma sayi: 550
Ukrayna Slovakiyadan vəd edilmiş MiQ   29

Slovakiya vəd etdiyi MiQ-29 qırıcılarını Ukraynaya təhvil verib. Bu barədə Slovakiya Müdafiə Nazirliyi məlumat yayıb.

Reuters agentliyinin məlumatına görə, Bratislava vəd etdiyi 13 təyyarənin hamısını Kiyevə təhvil verib.

Bundan əvvəl Moskva Slovakiya hakimiyyətini Ukraynaya döyüş təyyarələrinin tədarükü ilə bağlı razılaşmaları pozmaqda ittiham edib.

Söhbət, xüsusən, Rusiya silahlarının reeksportu üzrə öhdəliklərdən gedir - onlar 1997-ci ildə bağlanmış Rusiya və Slovakiya arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişdə öz əksini tapıb.

Aprelin əvvəlində məlum olub ki, bir neçə MiQ-29 Polşa tərəfindən Kiyevə təhvil verilib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!