Ukrayna üçün nəzərdə tutulan 5,8 milyard dollarlıq yardım təxirə salına bilər

DÜNYA

13 Sentyabr 2024 13:57

Oxunma sayi: 268
Ukrayna üçün nəzərdə tutulan 5,8 milyard dollarlıq yardım təxirə salına bilər

ABŞ Konqresində yeni büdcə layihəsi ilə bağlı fikir ayrılıqlarına görə Ukraynaya təxminən 5,8 milyard dollar məbləğində yardımın göstərilməsi təxirə salına bilər.

Azmedia.Az tass-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bayden administrasiyası xəbərdarlıq edir ki, əgər respublikaçılar və demokratlar borc tavanı ilə bağlı razılığa gələ bilməsələr, yardımın göstərilməsində gecikmə elə bu aydan etibarən yarana bilər.

Bu vəsait Pentaqona ABŞ ordusunun ehtiyatlarından Ukraynaya silah və texnika göndərməyə imkan verən Presidential Drawdown Authority (PDA) proqramın müddətini uzatmaq üçün nəzərdə tutulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!