Ukraynanın birinci xanımı Qobustan barədə paylaşım etdi FOTO

SİYASƏT

17 Noyabr 2022 11:20

Oxunma sayi: 465
Ukraynanın birinci xanımı Qobustan barədə paylaşım etdi   FOTO

“Azərbaycan, Qobustan tarixi-bədii qoruğu. Altı mindən çox qayaüstü rəsmlərin tapıldığı unikal yer. Planetdə incəsənətin yarandığı ilk yerlərdən biri”.

Məlumata görə, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya Azərbaycanın Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ilə bağlı “Instagram” səhifəsində etdiyi paylaşımda bildirib.

 

 

O, burada Ukrayna dilində audiobələdçinin olmasını xüsusi vurğulayıb.

“Xarici internet saytlarında onlarla variantın mövcud olmasına baxmayaraq, Ukrayna dilini deyil, başqa dil seçmək məcburiyyətində qalmaq... Səfər zamanı muzeyə gedib audiobələdçi istəyəndə, onların  çiyinlərini çəkərək - yalnız rusca deməsi... Düşünürəm ki, çoxlarımıza bu hiss tanışdır... Ancaq yaxşı xəbərim var: artıq 32 ölkədə 50 ukraynadilli audiobələdçi peyda olub”, - deyə o, əlavə edib.

Sonda o, bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə, xüsusən də bunu  mümkün edən dövlətlərə və Ukraynanın bu ölkələrdəki səfirliklərinə təşəkkür edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!