Ukraynanın Su 24 təyyarəsi vurulub

SİYASƏT

12 Aprel 2023 16:58

Oxunma sayi: 587
Ukraynanın Su   24 təyyarəsi vurulub

Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndələri bu gün keçirilən brifinqdə bildiriblər ki, ötən sutka ərzində Rusiya hərbi aviasiyası Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 bombardmançı təyyarəsini vurub.

"Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Donetsk Xalq Respublikasının Krasnı Liman kəndi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24-ü vurub", - deyə müdafiə departamentinin nümayəndələri bildiriblər.

Həmçinin qeyd olunur ki, Rusiya hərbi aviasiyası 117 rayonda Ukraynanın 94 artilleriya bölməsinə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və texnikasına uğurla hücumu həyata keçirib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!