ÜST rəhbəri Bakıdan dünya ölkələrinə səsləndi

SİYASƏT

10 Mart 2023 22:17

Oxunma sayi: 1315
ÜST rəhbəri Bakıdan dünya ölkələrinə səsləndi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Bakıdan dünya ölkələrinə müraciət edib.

Xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması strukturu: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasa videomüraciət ünvanlayıb.

“Hazırda minilliyin hədəflərindən uzaqlaşmışıq. Bizim təşkilat 5 prioritet təklif (təşviq, təminat, qoruma, səlahiyyətləndirmə, icra) edir. Biz bütün ölkələri həmin təklifləri yerinə yetirməyə çağırırıq. Xəstəlik iş yerlərindən başlayır”, - deyə o vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!