Vaşinqton Minski Rusiyaya dəstək verdiyinə görə yeni sanksiyalarla hədələyir

SİYASƏT

19 Dekabr 2022 23:48

Oxunma sayi: 361
Vaşinqton Minski Rusiyaya dəstək verdiyinə görə yeni sanksiyalarla hədələyir

Minsk Ukrayna ərazisindəki münaqişədə Rusiya tərəfinə yardımı artırmaq qərarına gələrsə, ABŞ hakimiyyəti Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Bu açıqlama ilə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays çıxış edib.

 "Biz Belarusun Rusiyaya hansı yardımı göstərdiyini diqqətlə izləməyə davam edirik.Moskvanın əlavə dəstək aldığını görsək, o zaman əlavə tədbirlər tətbiq etməklə cavab veriləcək", - deyə o, bildirib.

mənbə:MK.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!