Vatikan Ukrayna münaqişəsində iştirak edən tərəflərin görüşü üçün münasib yer olduğunu bəyan edib

SİYASƏT

12 Dekabr 2022 15:30

Oxunma sayi: 340
Vatikan Ukrayna münaqişəsində iştirak edən tərəflərin görüşü üçün münasib yer olduğunu  bəyan edib

"Vatikan Ukrayna münaqişəsində iştirak edən tərəflərin görüşü üçün münasib yerə çevrilməyə kifayət qədər qadirdir."- bunu Vatikanın dövlət katibi kardinal Pietro Parolin deyib.

Azmedia.Az xəbər verir ki, o, bu barədə bazar ertəsi, dekabrın 12-də məlumat verib.

"Bizim istəyimiz, tərəflərin heç bir şərt olmadan görüşə və dialoqa başlaya biləcəyi bir məkan təklif etməkdir" -Parolin deyib.

 Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu açıqlamaya şübhə ilə yanaşıb.

Üstəlik, bu yaxınlarda Roma Papası mediaya müsahibəsi zamanı çeçenləri və buryatları “Ukraynadakı rus qoşunlarının ən qəddar hissəsi” adlandırmışdı.

“ Vatikandan heç kim üzrxahlıq sözləri deməyib”, - deyə Zaxarova teleqram kanalında bildirib. 

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!