Vəba epidemiyası səbəbindən 252 nəfər öldü

DÜNYA

13 Sentyabr 2024 12:18

Oxunma sayi: 290
Vəba epidemiyası səbəbindən  252 nəfər öldü

Sudanda vəba epidemiyasından ölənlərin sayı 252-yə çatıb.

Azmedia.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, ölkədə 8 ştatda yayılan epidemiyaya yoluxma hallarının ümumi sayının 7 min 296-ya yüksəldiyi bildirilib.

Sudanda iyun ayından bəri yağan güclü yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.

Qeyd edək ki, Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!