Venesuela və Kolumbiya sərhədlərini tam açır

SİYASƏT

13 Dekabr 2022 18:12

Oxunma sayi: 566
Venesuela və Kolumbiya  sərhədlərini tam açır

Venesuela və Kolumbiya şəxsi nəqliyyat vasitələri ilə gediş-gəliş də daxil olmaqla, yanvarın 1-dən quru sərhədini tam açacaq.

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro Tvitter hesabında yazıb.

“2023-cü il yanvarın 1-dən biz Kolumbiya ilə Venesuela arasındakı sərhədi tamamilə açacağıq. Bu, xalqlarımız üçün böyük hədiyyə olacaq. Prezident Petro ilə birlikdə vəd verdiyimiz hər şeyi yerinə yetirəcəyik”, - deyə Maduro bildirib.

Qeyd edək ki, ölkələr sentyabrın 26-da quru sərhədin açıldığını elan etsələr də, lakin hələlik sərhəddən yalnız piyadalar və yük maşınları keçə bilirdi.

İki ölkə arasındakı quru sərhədi 2015-ci ildə Karakasın qərarı ilə nəqliyyat üçün bağlanıb. 2020-ci ilin martında isə ölkələr pandemiya səbəbindən sərhəd keçidlərini tamamilə bağlayıblar.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!