“Vətən uğrunda sağlamlığından keçmiş şəxslərə diqqətin göstərilməsi dövlətimizin əsas işlərindəndir” RƏY

SİYASƏT

08 Dekabr 2022 16:11

Oxunma sayi: 499
“Vətən uğrunda sağlamlığından keçmiş şəxslərə diqqətin göstərilməsi dövlətimizin əsas işlərindəndir”   RƏY

“Vətən uğrunda canından və sağlamlığından keçmiş şəxslərə və onların ailə üzvlərinə lazımi diqqətin göstərilməsi güclü Azərbaycan dövlətinin əsas işlərindən biridir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Ölkəmizdə şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının daim dövlət başçısının diqqətində olduğunu xatırladan deputat bildirib ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial ödənişlərin, prezident təqaüdlərinin təyin edilməsi, bir çox dövlət orqanlarında müxtəlif işlə təmin edilməsi bu sahədə atılan mühüm addımlardandır:

“Prezident İlham Əliyevin göstərişi ilə bu kateqoriyadan olan şəxslərə dövlət dəstəyinin daim genişləndirilməsi, dövlət büdcəsindən ayırmaların həcminin artması onun sosial siyasətindən irəli gəlir”.

“Məhz bu sosial siyasət cəmiyyətimizi daha da güclü edərək milli maraqlar naminə vahid amala xidmət etməyə yönəldir. İndiki mürəkkəb bir regional şəraitdə dövlət və cəmiyyətin daim birlikdə olması xüsusi əhəmiyyət kəsb edir”, - T.Mirkişili vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!