Vilayət Eyvazov rəis və müavinini İŞDƏN ÇIXARDI

SİYASƏT

24 Aprel 2023 12:28

Oxunma sayi: 708
Vilayət Eyvazov rəis və müavinini  İŞDƏN ÇIXARDI

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi Samir Qayıbov və müavini Ramil Rüstəmov vəzifələrindən azad olunublar.

Məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrlə Samir Qayıbovun vəzifəsi Abşeron Polis Bölməsinin baş əməliyyat müvəkkili Rasim Salahova həvalə edilib.

Hazırda bölmədə yoxlamalar davam etdirilir.

Qeyd edək ki, Samir Qayıbov 2021-ci ilin sentyabrında Qobu Polis Bölməsinin rəisi təyin olunmuşdu.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!