Vilayət Eyvazovdan Səhlab Bağırovun yerinə təyinat ÖZƏL

SİYASƏT

01 Fevral 2023 16:37

Oxunma sayi: 735
Vilayət Eyvazovdan Səhlab Bağırovun yerinə təyinat   ÖZƏL

Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib. 

Məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Ramil Piriyev təyin edilib. 

Məlumatı Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev təsdiq edib.

Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!