Volkan Bozkır: “BMT iki yerə bölünməlidir”

SİYASƏT

10 Mart 2023 09:10

Oxunma sayi: 655
Volkan Bozkır:  “BMT iki yerə bölünməlidir”

“Bugünkü dünya çox fərqli vəziyyətlə qarşı-qarşıyadır. BMT kimi müvəffəqiyyətli olmayan qurumlar var. Düşünürəm ki, BMT iki yerə bölünməlidir”.

Xəbərə görə, bunu BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyənin 2014-15; 2015-16-cı illərdə Avropa İttifaqı naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən növbəti panel iclasa ünvanladığı videomüraciətində qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına uğurlu şəkildə sədrlik edib:

“Buna öz məsələsi kimi yanaşdı. Hesab edirəm ki, bu, davam etdirilməlidir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!