Volodin bildirib ki, Ukrayna bir dövlət olaraq mövcud deyil

SİYASƏT

18 May 2023 17:03

Oxunma sayi: 670
Volodin bildirib ki, Ukrayna bir dövlət olaraq mövcud deyil

Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı danışıqlar prosesi tamamilə Kiyevin deyil, Vaşinqtonun mövqeyindən asılıdır.

Jurnalistlərlə söhbətində o deyib: “Vaşinqton qərar qəbul edənə qədər, heç bir Zelenski, heç bir Ukrayna danışıqlar masasına oturmayacaq”.

Spiker hesab edir ki, “Ukrayna bir dövlət olaraq mövcud deyil”.

O, öz mövqeyini belə izah edib: “Bu gün bu ərazi NATO silahları üçün sınaq meydançasıdır."  Volodinin vurğuladığı kimi, hər şeyə “Vaşinqtondan, Brüsseldən gələn məsləhətçilər” nəzarət edir.

Rusiya parlamentinin aşağı palatasının sədri əlavə edib ki, Ukraynada da legitim hakimiyyət yoxdur: “Onlar uzun müddətdir xalqı təmsil etmirlər, dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçiriblər”.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!