Vuçiç: ABŞ bütün qüvvələrini Rusiyaya qarşı cəmləşdirib

SİYASƏT

17 Yanvar 2023 13:30

Oxunma sayi: 232
Vuçiç: ABŞ bütün qüvvələrini Rusiyaya qarşı cəmləşdirib

ABŞ bütün qüvvələrini Rusiyaya qarşı mübarizəyə yönəldib. 

Azmedia.Az “TASS”a istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç "TV Happy" telekanalının efirində deyib. 

“Gəlin sadəlövh olmayaq, ABŞ Serbiyanın tərəfində deyil. Enerji və güclərini başqasına sərf etməmək üçün Vaşinqton özünü rasional, ciddi aparmağa çalışır. Çünki ABŞ bütün qüvvələrini Rusiyaya qarşı cəmləmişdirib”, deyə prezident vurğulayıb. 

Dövlət Departamentinin müşaviri Derek Şollet yanvarın 12-də Belqrada səfəri zamanı bildirib ki, respublikanın hakimiyyət orqanları Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı qərar verməlidir, əks halda Serbiya “inkişaf edə bilməyəcək”. 

Serbiya prezidenti Aleksandar Vuçiç Rusiyaya qarşı sanksiyaların “iki ağızlı qılınc” olduğunu deyib. O, Kosovo və Metohiya məsələlərində, həmçinin Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı Serbiyaya təzyiqin artacağını öncədən proqnozlaşdırdığını qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!