Vuçiç: “İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm” – FOTO

SİYASƏT

21 Dekabr 2022 22:12

Oxunma sayi: 414
Vuçiç: “İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm” – FOTO

“Gözəl qonaqpərvərliyə görə İlham Əliyevə və Serbiyaya qarşı səmimi dostluğa görə Azərbaycan xalqına təşəkkür edirəm”.

Bunu dekabrın 21-də Azərbaycanda rəsmi səfərdə olan Serbiya Prezidenti Aleksandr Vuçiç sosial şəbəkə səhifəsində yazıb.

“Mən hər dəfə Bakıya gələndə çox böyük və inanılmaz tərəqqinin şahidi oluram ki, bu da Prezident Əliyevin dünyagörüşünün, eləcə də ölkəyə böyük məhəbbətlə yanaşan rəhbərliyin gücünün göstəricisidir. Azərbaycanın səmimi dostları olaraq bu, bizi çox sevindirir”, - dövlət başçısı əlavə edib.

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!