Vuçiç Serbiya Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

SİYASƏT

11 Dekabr 2022 23:23

Oxunma sayi: 324
Vuçiç Serbiya Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovonun şimalında vəziyyətin gərginləşməsi ilə əlaqədar bazar günü yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirəcək.

Bu barədə bazar günü Serbiyanın RTS milli televiziyası məlumat yayıb.

Telekanal qeyd edir ki, Serbiya liderinin bu qərarı Kosovo polisinin xüsusi təyinatlı qüvvələrinin qurulmuş barrikadaları aradan qaldırmaq üçün mümkün əməliyyatı ilə bağlıdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!