Xankəndindən video reportaj

SİYASƏT

19 Yanvar 2023 08:31

Oxunma sayi: 498
Xankəndindən video   reportaj

Qarabağın ermənilər yaşayan yerlərində bankomatların qarşısında növbələr yaranıb. Nağd pul problemləri olduğundan insanlar maaş və pensiyalarını bir dəfəyə çıxarda bilmirlər.

 

Azmedia.Az  bildirir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti reportaj hazırlayıb.

Reportajda qeyd olunur ki, Xankəndidəki separatçı rejimin qoyduğu qaydaya görə hər kəs gündə bankomatdan 50 min dram (200 manat) pul çıxarda bilər.

"Azadlıq Radiosu"nun erməni xidmətinin məlumatına görə, yanvarın 17-dən separatçı erməni rejiminin "talon rejimi"nə keçməsi gözlənilirdi, amma hələ ki, bunun nə vaxt başlayacağı ilə bağlı dəqiq məlumat yoxdur. Reportajda qeyd olunub ki, adambaşına 1 litr bitki yağı, 1 kq düyü, qarabaşaq yarması, makaron və şəkər veriləcək.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!