Xilasedicilərimiz dağıntılar altından 36 saatdan sonra yaşlı kişini sağ çıxardılar YENİLƏNİB + FOTO/VİDEO

SİYASƏT

07 Fevral 2023 18:05

Oxunma sayi: 1013
Xilasedicilərimiz dağıntılar altından 36 saatdan sonra yaşlı kişini sağ çıxardılar   YENİLƏNİB + FOTO/VİDEO

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Xəbərə görə, Azərbaycanın xilasediciləri 36 saatdan sonra səkkizmərtəbəli binanın dağıntıları altından yaşlı kişini sağ çıxarıblar.

Daha sonra həmin şəxs üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

************

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3 nəfəri sağ, 10 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

*********

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Xəbərə görə, Azərbaycanın xilasediciləri yaralı şəxsi dağıntılar altından çıxarıblar.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

*************

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Xəbərə görə, Azərbaycanın xilasediciləri səhər saatlarından başlayaraq təbii fəlakətin qeydə alındığı yerdə axtarış işləri aparırlar.

Hazırda FHN əməkdaşları zəlzələ zamanı şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsi, “Gökan apartmanı” adlı səkkizmərtəbəli binanın dağıntıları altında qalmış şəxslərin sağ çıxarılması və nəticələrin aradan qaldırılması istiqamətində səylər göstərirlər.

Əraziyə dağıntılar altında qalmış şəxslərin yaxınları da gəliblər. Onlar yaxınlarının hansı evdə, hansı otaqda qaldıqlarını göstərirlər.

FHN əməkdaşları Azərbaycan bulvarı küçəsi, “Gökan apartmanı”nda dağıntılar altında qalmış şəxsin meyitini aşkarlayıblar.

İlkin məlumata görə, Azərbaycanın xilasediciləri Kahramanmaraşda dağıntılar altında qalmış ümumilikdə altı şəxsin meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!