Xorvatiya səfirliyi: “Azərbaycan səfirliyinə silahlı hücum bizi şoka salıb”

SİYASƏT

27 Yanvar 2023 22:52

Oxunma sayi: 494
Xorvatiya səfirliyi:  “Azərbaycan səfirliyinə silahlı hücum bizi şoka salıb”

Xorvatiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.

Bu barədə diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında məlumat verilib.

“Bu gün Azərbaycanın İrandakı səfirliyinə insan tələfatı ilə nəticələnən silahlı hücum bizi şoka salıb. Həyatını itirən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - səfirliyin paylaşımında qeyd edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!