Yaponiya Zelenskinin G7 sammitində iştirak etməyini istəyir

SİYASƏT

02 Yanvar 2023 11:49

Oxunma sayi: 316
Yaponiya Zelenskinin G7 sammitində iştirak etməyini istəyir

Yaponiya Ukrayna Prezidenti Volodimir Zelenskini mayın 19-21-də Xirosimada keçiriləcək G7 sammitində onlayn formatda iştiraka dəvət etməyi planlaşdırır.

Hazırda G7-nin sədri olan Yaponiya Ukrayna münaqişəsi ilə bağlı intensiv müzakirələrə şərait yaratmaq istəyir. Tokio hesab edir ki, Zelenskinin çıxışı G7 liderlərini mövcud vəziyyətlə tanış edəcək.

Yaponiya hökuməti üçün Ukraynadakı vəziyyətlə bağlı G7-nin hərəkətlərinin əlaqələndirilməsi Tayvanla bağlı mümkün münaqişəyə hazırlıqda mühüm addımdır.

Yaponiya hesab edir ki, hərbi ssenaridə o, Tayvandakı münaqişədə birbaşa iştirak edəcək, buna görə də Tokio ABŞ və Avropa ilə birlikdə Çinə operativ və sərt reaksiya verəcəyinə ümid edir.

Mənbə: Nikkei

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!