Yaponiyanın Baş naziri Ukraynaya dəvət olunub

SİYASƏT

06 Yanvar 2023 10:45

Oxunma sayi: 788
Yaponiyanın Baş naziri Ukraynaya dəvət olunub

Yaponiyanın Baş naziri Fumio Kişida Ukraynaya səfərə dəvət alıb.

Azmedia.Az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin katibi Hirokazu Matsuno Tokioda keçirilən brifinqdə deyib.

Dəvəti Yaponiyanın bu ölkədəki səfirinə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak təqdim edib.

"Yaponiya Ukrayna vətəndaşlarını dəstəkləyir və G7-nin builki sədri kimi müvafiq addımlar atır", - H.Matsuno bildirib.

Xatırladaq ki, F.Kişida gələn həftə G7-yə üzv ölkələrə, o cümlədən Fransa, İtaliya, Böyük Britaniya, Kanada və ABŞ-a səfər edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!