Yardımı ilə gündəm olan Sərvər Türkiyədə xilasetmə işlərinə qatılıb FOTO/VİDEO

SİYASƏT

17 Fevral 2023 21:36

Oxunma sayi: 1778
Yardımı ilə gündəm olan Sərvər Türkiyədə xilasetmə işlərinə qatılıb   FOTO/VİDEO

Köhnə avtomobili ilə Türkiyədə zəlzələdən zərər çəkənlər üçün yardım aparmasıyla gündəmə gələn Sərvər Bəşirli Adıyamandakı xilasetmə işlərinə qatılıb.

Ceyranbatan qəsəbəsində yaşayan 34 yaşlı həmyerlimiz qardaş ölkədə zəlzələdən zərər çəkənlərə bilavasitə kömək etməyə çalışır.

“Burada insanlar çadırlarda yaşayırlar. Əlimizdən gələn köməkliyi etməyə çalışırıq. Üç gündür ki, buradayam və yardımlarda iştirak etmişəm. Qardaş ölkəyə kömək etmək lazımdır. Mən ehtiyacı olanları paltar, çarpayı, ədyal və ayaqqabı ilə təmin etmişəm. Sonra digər ləvazimatları toplamağa çalışmışam. İki dövlət, bir millət olaraq bu ağrı Azərbaycanda çox hiss olunur. Qocadan tutmuş uşaqlara qədər bir çox azərbaycanlı burada yardım işlərində iştirak edir. Türkiyənin dərdinə şərikik”, - deyə o, bildirib.

 

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!