“Yardımın yaşı yoxdur”: Ana və yeniyetmə qızı günlərdir Bakıdakı yardım mərkəzində çalışırlar VİDEO

SİYASƏT

14 Fevral 2023 10:46

Oxunma sayi: 1376
“Yardımın yaşı yoxdur”:  Ana və yeniyetmə qızı günlərdir Bakıdakı yardım mərkəzində çalışırlar   VİDEO

“Türkiyədəki zəlzələ bizi çox sarsıtdı. İşimiz olsa da, 3-4 gündür burada çalışırıq”.

Bunu Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində qardaş ölkədə təbii fəlakətlərdən zərər çəkənlərin üçün yardımlarım çeşidlənmə mərkəzində könüllü olaraq çalışan Sevinc Tahirova bildirib.

O, mərkəzdə qızı ilə birgə çalışdığını, lazım gələrsə, kömək üçün Türkiyəyə yola düşməyə belə hazır olduqlarını dilə gətirib.

“Yardım etmənin yaşı yoxdur, istər 55 olsun, istər 85. Əsas bu hissin daxildən gəlməsidir. Mənim 16 yaşım olsa belə bura gəlməyi özüm seçdim və anamdan ilhamlandım”, - deyə Sevinc xanımın qızı İpək bildirib.

O, Türkiyədə zəlzələdən əziyyət çəkmiş şəxslər üçün əlindən gələni etməyə çalışdığını qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!