Yeni ildə əfv olacaq? AÇIQLAMA + FOTO

SİYASƏT

29 Noyabr 2022 15:19

Oxunma sayi: 598
Yeni ildə əfv olacaq?   AÇIQLAMA + FOTO

Azərbaycanda əlamətdar günlərdə, xüsusən Yeni il ərəfəsində əfv sərəncamı imzalanır. 

 

Bəs bu il də əfv sərəncamı gözlənilirmi?

Oxu.Az-ın əməkdaşı bu sualla Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevə müraciət edib.

Ə.Nuriyev qeyd edib ki, mövcud praktikaya əsaslansaq, bu dəfə Yeni il ərəfəsində əfv sərəncamının olacağı gözlənilmir:

“Bu il Novruz bayramı ərəfəsində əfv sərəncamı olub. Eyni zamanda Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub və elan olunan Amnistiya Aktının icrası bu il mart ayının 5-də başa çatıb. Bu səbəbdən praktikaya dayanaraq növbəti əfv sərəncamının olacağı güman edilmir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!