Yeni kənd təsərrüfatı naziri KİMDİR? DOSYE

SİYASƏT

14 Aprel 2023 12:03

Oxunma sayi: 1006
Yeni kənd təsərrüfatı naziri KİMDİR?   DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.

Azmedia.Az  xəbər verir ki, o, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2004-2006-cı illərdə isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.

Məcnun Məmmədov bundan əvvəl “PASHA Holding” MMC-nin Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb.

O, həmçinin “Agro Food Investment” MMC-nin direktoru vəzifəsində işləyib.

Qeyd edək ki, bundan öncə kənd təsərrüfatı naziri İnam Kərimov olub. Aprel ayını 4-də o, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!