Yunanıstanda yenidən seçki keçirilir

SİYASƏT

25 İyun 2023 11:20

Oxunma sayi: 332
Yunanıstanda yenidən seçki keçirilir

Yunanıstanda yenidən parlament seçkiləri keçirilir. 

Azmedia.Az xarici mediaya istinadən xəbər verir ki, 10 milyona yaxın insanın seçkidə səs verməsi gözlənilir. 

Seçicilər parlamentə 300 deputat seçməlidirlər. 32 siyasi partiya öz namizədlərini irəli sürüb.

Qeyd edək ki, bu təqribən son bir ay ərzində Yunanıstanda keçirilən ikinci parlament seçkiləridir. Belə ki, mayın 21-i keçirilən seçki zamanı səslərin 40,7%-ni toplayan hakim “Yeni demokratiya” partiyası koalisiya hökuməti yaratmaqdan imtina edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!