Yunanıstanın Müdafiə Nazirliyi S 300

SİYASƏT

16 Dekabr 2022 15:40

Oxunma sayi: 350
Yunanıstanın Müdafiə Nazirliyi S   300

Yunanıstanın milli müdafiə naziri Nikos Panaqiotopulos bildirib ki, Birləşmiş Ştatlar hakimiyyəti bunun müqabilində Yunanıstana Patriot hava hücumundan müdafiə sistemləri göndərərsə, Afina Krit adasında yerləşdirilən S-300 raket sistemlərini Kiyevə göndərməyə hazırdır.

“Əgər Birləşmiş Ştatlar adada “Patriot” sistemini yerləşdirsə, o zaman onun milli hava hücumundan müdafiə sisteminə inteqrasiyasından sonra S-300 çıxarıla bilər”, - deyə Pronews Panagiotopoulosdan sitat gətirib.

Yunanıstan Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, bu proses Ukrayna tərəfinə göndərilə bilən Rusiya istehsalı olan istənilən digər hava hücumundan müdafiə sistemlərinə şamil edilə bilər.

Onun sözlərinə görə, Afina Ukraynaya təkcə S-300 deyil, Tor-M1 və Osa-AKM komplekslərini də göndərməyə hazırdır.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!